Mübariz İbrahimovun atası ürəyindən əməliyyat edildi — FOTO

13:36 | 09.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.

Anews.az-ın məlumatına görə, o, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
 

Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov  əməkdaşımızla söhbətində bildirib ki, atasının vəziyyəti tədricən yaxşılaşır.



www.anews.az
loading...