Anews.az haberturk.com xəbər verir ki, Palmali Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov 11 aprel 2018-ci il tarixindəki prezident seçkisində İlham Əliyevə səs verəcəyini deyib.
Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Azərbaycandakı növbədənkənar prezident seçkisini dəstələdiyini və seçkinin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqəsində vacib rol oynadığını deyib.
M. Mənsimov seçkinin önə çəkilməsinin dorğu addım olduğunu söyləyib.
Azərbaycan üçün əhəmiyyətli dövlətlər olan Rusiyada da bu il eyni cür seçkinin olacağını, Türkiyənin də gələn il seçkiyə gedəcəyini xatırladan Mübariz Mənsimov, seçkinin 11 Apreldə baş tutması istiqamətindəki qərarın regional proseslərə uyğun olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycanı həm daxili və xarici siyasətdə, həm də iqtisadiyyatda irəliyə apardığını vurğulayan Mənsimov "Qlobal səviyyədəki iqtisadi çətinliyə baxmayaraq Azərbaycanda pul ehtiyatı sabit şəkildə artır. Bu əhəmiyyətli bir vəziyyətdir. Daha əvvəldə söyləmişdim, əslində bir iş adamına uyğun deyil siyasət haqqında danışmaq, ancaq mənim bir seçimim var, hər zaman olduğu kimi və hər bir Azərbaycan vətəndaş kimi seçkiyə gedib İlham Əliyevə səs verəcəyəm. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqəsinin də bu seçkidən sonra daha da güclənəcək və belə olması vacib olduğuna inanıram "dedi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !