"Palmali" Şirkətlər Qrupu ona məxsus olan "Çingiz Mustafayev" adlı gəminin 4-6 yanvar tarixlərində Petkim limanına buraxılmamasına görə məhkəməyə müraciət edəcək, qrupun rəhbəri deyir.
BBC Azərbaycancaya müsahibəsində "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov iddia edib ki, Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan gəmi kimyəvi maddələrin daşınması üçün yanvarın 4-də Petkim limanına yan alıb, amma Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "işçiləri gəminin limana buraxılmasına icazə verməyiblər".
Buna görə də "Palmali" şirkəti pozulmuş hüquqlarının bərpasını məhkəmədən tələb edəcək, cənab Mənsimov deyib.
SOCAR Türkiyə şirkətindən BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirlib ki, sözügedən gəminin "texniki xüsusiyyətləri standartlara uyğun olmaması səbəbiylə gəmi limana buraxılmayıb".
SOCAR deyir ki, "gəminin texniki xüsusiyyətləri standartlara uyğun olmadığından" gəmi limana buraxılmayıb.Palmalinin "borcu var"
"Əksinə, Palmali şirkəti Azərbaycan Dövlət Neft Şirkətiylə ortaqlıqlarından ziyan çəkib", o deyib.
Bundan əlavə neft şirkətinin mətbuat xidmətindən bildiriblər ki, Palmali şirkətinin SOCAR-a külli miqdarda borcu var.
Palmali Holdingin rəhbəri isə deyir ki, bir neçə il əvvəl azərbaycanlı olduğu üçün Dövlət Şirkəti ilə birgə ortaq şirkət yaradıb.
Hisssələrin 65%-i SOCAR-a və 35%-i Palmali şirkətinə məxsus olub, amma iki il əvvəl Mübariz Mənsimov ortaqlığı tərk edib.
Mübariz Mənsimov iddia edib ki, SOCAR ortaqlıq sənədini hər dəfə "ailə üzvlərinin, tanışlarının adına dəyişdirib". Bundan "narahat olan" Palmali şirkətlər qrupu ortaqlıqdan vaz keçib. SOCAR bu iddiaları cavablandırmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !