• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Mübariz Mənsimov Prezident seçkilərində İlham Əliyevə dəstək olacağını açıqlayıb

Mübariz Mənsimov Prezident seçkilərində İlham Əliyevə dəstək olacağını açıqlayıb
18.12.2023 18:22
"Palmali Holdinq" şirkəti 2024-cü il Azərbaycanda fevralın 7-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiaysının sədri İlham Əliyevə dəstək olacaq. Bu barədə şirkətdən anews.az-a bildirilib.  
 
"2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Qurucusu olduğum "Palmali Holding" şirkəti də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevi dəstəkləyir. Mən Azərbaycanda İlham Əliyevin namizədliyini dəstəkləyir, Azərbaycan vətəndaşı kimi səsimi Prezident İlham Əliyevə verəcəyimi bəyan edirəm. "Palmali" ailəsinin Azərbaycan vətəndaşı olan minlərlə  üzvünü qarşıdan gələn seçkilərində İlham Əliyevin namizədliyinə səs verməyə çağırıram",  məlumatda deyilir. 
 
Azərbaycanda 2024-cü il fevralın 7-də Prezident seçkiləri keçiriləcək. Hazırda seçkilər üzrə Prezident İlham Əliyevə 5 rəqib namizədliyini irəli sürüb. Onlardan 4-ü deputat, biri isə partiya sədridir. 
 
Azərbaycanda artıq bir neçə partiya dəstəyini İlham Əliyevə verəcəyini açıqlayıb. 
 
2003-cü ildən Azərbaycanda Prezident seçkilərinin qalibi İlham Əliyev olur. 
 
Gülnar Nazimqızı  



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol