44 günlük Vətən Müharibəsinin iştirakçısı və Ali Baş Komandan tərəfindən "Cəsur Döyüşçü” medalı ilə təltif olunan qaydasız döyüş üzrə dünya çempionu Tofiq Musayev bir daha Azərbaycan bayrağını dünyanın ən məhşur ringlərindən biri sayılan "Bellator”da uçaltdı. Bu idman yarışında onun iştirakı "Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə baş tutub. Bu barədə Palmali şirkətinin press relizində məlumat verilir.
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə yarışmaya qatılan döyüşçümüz Azərbaycana qələbə ilə qayıdır. "Palmali" Şirkətlər Qrupunun sahibi döyüşçünü öz rəsmi instaqram hesabından təbrik edib.
"Dəfələrcə dünya və Avropa çempionu olmuş məşhur idmançımız Tofiq Musayev bizi yenə sevindirdi. 44 Günlük Vətən savaşımızın qəhrəmanlarından olan qardaşımız Amerikda dünyanın ən reytinqli rinqlərindən biri olan "Bellator”da rəqibini 27 saniyəyə məğlub etdi.
Vaşinqtonda rinqə çıxan idmançının rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.
Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərib. Görüş cəmi 27 saniyə çəkib.
Sidney Outlaw bu günə qədər keçirdiyi 20 döyüşdən 16-sında qələbə qazanıb. 11 döyüşü isə vaxtından əvvəl qələbə ilə başa vurub. Outlaw hazırda dünyanın ən nüfüzlu turnirlərindən biri olan "Bellator"da yüngül çəki üzrə birinci yerdədir. Sidney son 6 ildə sadəcə 1 məğlubiyyət alıb.
Bundan əlavə o Brazilian Jiu-Jitsu üzrə qara kəmər sahibidir.
Tofiq Musayevə gəlincə, o, 2019-cu ildə dünyanın 10 güclü idmançısı siyahısında yer alıb.
İdman Akademiyasının məzunu olan Musayev Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !