Türkiyədə "81 ildə 81 anaokulu” layihəsi çərçivəsində əslən azərbaycanlı olan iş adamı Mübariz Mənsimov tərəfindən məktəb tikilib.
Gununsesi.infoxəbər verir ki, məktəbin açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, bələdiyyə sədrləri, Azərbaycanın Qarsdakı konsulu, vali, o cümlədən "Palmali” şirkətlər qrupunun vitse-prezidenti Vüqar Hüseynli və digər hökumət nümayəndələri iştirak ediblər.
Türkiyənin Baş naziri Binali Yıldırım açılış mərasiminə canlı bağlantı ilə qatılaraq Mübariz Mənsimova bu xeyirxah əməlinə görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, bu, Mənsimov tərəfindən Qarsda tikdirilən ikinci məktəbdir.
Bizi sosial şəbəkələrdə izləyin !