Mübariz Mənsimov Türkiyədə müalicə alan Yalçın Rzazadə ilə görüşdü - FOTOLAR

11:25 | 23.07.2019
Mübariz Mənsimov Türkiyədə müalicə alan Yalçın Rzazadə ilə görüşdü - FOTOLAR

Mübariz Mənsimov Türkiyədə müalicə alan Yalçın Rzazadə ilə görüşdü - FOTOLAR

Azərbaycanlı biznesmen Mübariz Mənsimov bir müddət öncə səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb.


Anews.az xəbər verir ki, Mənsimov görüşlə bağlı "Facebook" hesabında yazıb və şəkillər paylaşıb:


"Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir...Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.


Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi.


Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb