Mübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"

16:40 | 04.06.2015
Mübariz Qurbanlı:

Mübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib. 

DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları da iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir: "Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir". Azərbaycanda dini durumun sabit olduğunu vurğulayan Dövlət Komitəsinin sədri müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib: "Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib və ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir". Mübariz Qurbanlı hər il dövlət büdcəsindən dini icmalara maliyyə vəsaitinin ayrıldığını və bu vəsaitin qeyri-islam dini icmalara da verildiyini vurğulayıb.

Qəbul üçün minnətdarlıqlarını bildirən Komissiya üzvləri ölkədə dini azlıqların vəziyyəti ilə maraqlanıb və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti