Müdafiə naziri Kəlbəcər və Laçında hərbi hissələrdə - Video

10:33 | 08.08.2021
Müdafiə naziri Kəlbəcər və Laçında hərbi hissələrdə - Video

Müdafiə naziri Kəlbəcər və Laçında hərbi hissələrdə - Video

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib.

Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb.
Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.
Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Sonda Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
 

 







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti