ABŞ Müdafiə Naziri Eşton Karter İraqın paytaxtı Bağdada ziyarət edərkən İŞİD yük avtomobilinə yerləşdirilmiş bombalı partlayış həyata keçirib. Partlayış nəticəsində ən azı 20 nəfərin öldüyü deyilir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu gün Pentaqon rəhəbrinin İraqa rəsmi səfəri başlayıb. Bağdada qədər isə o, İraqın Ramadi şəhərində olub və rəsmilərlə görüşlər keçirib. Müdafiə nazirinin Bağdada daxil olduğu anda yük avtomobilinə yerləşdirilmiş bomba partlayıb. Hadisənin cavabdehliyini İŞİD öz üzərinə götürüb. Hadisə nəticəsində ən azı 20 nəfərin öldüyü deyilir. İnternet vasitəsilə açıqlama verən İŞİD El Şurta El Rabaa məhəlləsindəki təhlükəsiz nöqtələrini hədəf aldıqlarını bəyan edib.
Qeyd edək ki, bu ilin feevral ayından Müdafiə Nazirliyinə rəhbərlik edən Eşton Karter ilk dəfə idi Bağdadda olurdu.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !