Müdafiə Nazirliyi sülhməramlılarla bağlı xəbər yaydı - FOTOLAR

11:00 | 05.02.2021
Müdafiə Nazirliyi sülhməramlılarla bağlı xəbər yaydı - FOTOLAR

Müdafiə Nazirliyi sülhməramlılarla bağlı xəbər yaydı - FOTOLAR

Rusiya Sülhməramlı Kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda Sputnik-V peyvəndinin ikinci komponenti ilə sülhməramlıları peyvəndləməyə başlayıblar.
 
Anews.az bu barədə Rusiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, peyvənd ilk olaraq Rusiya sülhməramlı kontingent komandanlığının nümayəndələri və Xankəndidə yerləşən tibb hissələrinin hərbi qulluqçularına tətbiq edilib.

Gələcəkdə təsdiqlənmiş cədvələ uyğun olaraq səyyar tibb qrupları, 27 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirən sülhəramlı işçiləri peyvənd edəcəklər.
Dağlıq Qarabağa ümumilikdə təxminən 2 min doza vaksin çatdırılıb. Bu da sülhməramlıların bütün heyətini peyvənd etmək üçün kifayətdir. Vaksin nəqliyyat zamanı peyvəndin təhlükəsizliyini təmin edən xüsusi istilik qablarında çatdırılır.
 
Qeyd edək ki, vaksinasiya başa çatdıqdan sonra, bütün hərbi qulluqçular Sputnik-V peyvəndinin birinci və ikinci komponentlərinin tətbiqi tarixlərini göstərən yeni bir koronavirus infeksiyasına qarşı profilaktik peyvənd sertifikatı alacaqlar.(konkret)





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM