İstanbulda keçirilən "IDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) 260 adda məmulatı nümayiş etdirilir.
Nazirlikdən APA-ya bildirilib ki, yerli mütəxəssislərin hazırladığı "Tufan” milli zirehli maşını, "Vaşaq” snayper tüfəngi, lüləaltı qumbaraatan, 12,7 mm-lik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu kimi bir sıra yeni məmulatlar xarici ölkədə keçirilən müdafiə sənayesi sərgisində ilk dəfədir, sərgilənir.
Qeyd edək ki, MSN "IDEF” sərgisinə ilk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla qatılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !