Müddət iyulun 1-dək uzadıldı

19:20 | 31.05.2020
Müddət iyulun 1-dək uzadıldı

Müddət iyulun 1-dək uzadıldı

Koronavirus pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar 2020-ci ilin 1 iyul tarixinədək (1 iyul daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

AZAL-dan Anews.az-a verilən məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb