Müəllim birinci sinif şagirdini döyüb öldürdü

15:46 | 20.09.2020
Çinin Quanyuan şəhərində dəhşətli hadisə baş verib.
Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, Zanq adlı birinci sinif şagirdi riyaziyyat müəllimi tərəfindən döyülərək öldürülüb.
Bildirilir ki, müəllim iki suala səhv cavab verən 10 yaşlı şagirdin başına və əllərinə dəfələrlə vurub. Məktəbdən evə gələn şagirdin halı pisləşib. Nənəsi onu xəstəxanaya çatdırsa da, balacanın həyatını xilas etmək mümkün olmayıb. Həkimlər uşağın başına qan sızması nəticəsində öldüyünü açıqlayıblar.
Hadisədən sonra müəllim polis tərəfindən saxlanılıb. Məktəbin direktoru isə işdən qovulub.(unikal.org)

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti