Müəllim işləmək istəyənlərin nəzərinə: Nazir ANONSU VERDİ

21:27 | 10.06.2021
"Yay ərzində müəllimlərin işə qəbul imtahanını da keçirməyi düşünürük”.

Anews.az "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün "Facebook” hesabında canlı yayım zamanı bildirib.

"13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işə qəbul imtahanını keçirəcəyik”, - deyə nazir bildirib.

O əlavə edib ki, hər il 52 min nəfər imtahana qoşulur: "Bunun da nəticəsində doqquz minə yaxın insan işlə təmin olunur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM