Azərbaycanda müəllimlərin dərs demək üçün uzaq məsafələrə getməsi təhsilin kefiyyətinə mənfi təsir edir və bu problemi sistemli şəkildə həll etmək lazımdır. Bunu deputat Fazil Mustafa deyib.
"Ölkədə problemlərimizdən biri də təhsildədir. Orta məktəblərdə təxminən 150 min müəllim var. Onun da təxminən 50 minində uzağa gedib dərs demək problemi var. Müəllim məktəbə gedib çıxmaq üçün saatlarla yolda vaxt itirir. Bu da təhsilin kefiyyətinə mane olur. Axı müəllimin də sosial həyatı var. Təklif edirəm ki, bu problemi sistemli həll etmək lazımdır", - deptutat noyabrın 7-də Milli Məclisdə çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !