Bu barədə AzVision.az-a Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. O bildirib ki, 2014-cü ildən başlayaraq Təhsil Nazirliyi müəllimlərin bilik və bacaraqlarının qiymətləndirməsi üçün imtahanlar keçirir.
"Bakı şəhərinin başlayan müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanları daha sonra rayonlar üzrə davam etdirildi. Artıq ölkə üzrə bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçib. Hər tədris ilinin sonunda Nazirlik tərəfindən müəllimlərin mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə işə qəbulu təşkil edilir. Diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni olduğundan müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin də əməkhaqqısının yeni standartlarla ödənilməsi məqsədi ilə Təhsil Nazirliyi təklif irəli sürmüşdü. Təklif də nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və Prezident İlham Əliyev tərəfindən dünən imzalanıb”.
E.Bağırov bildirib ki, sərəncamdan irəli gələn məsələ odur ki, bu il işə qəbul edilən müəllimlərlə diaqnostikadan keçmiş müəllimlər bərabər tutulsun və həmin müəllimlərin əməkhaqqısı artımla ödənilsin.
"Diaqnostik qiymətləndirmə ləğv edilmir. Bu, diaqnostik qiymətləndirmənin ləğvi kimi anlaşılmır. Qiymətləndirmədən keçməyən müəllimlər var. Əvvəlki illərdə keçirilən qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyənlər üçün də yeni tədris ili ərzində diaqnostika keçiriləcək. Həmin müəllimlərin də sayı respublika üzrə ümumi müəllim sayının 2-3 faizini təşkil edir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !