Müəllimlərin sertifikasiyası keçiriləcək

11:00 | 08.04.2017
Müəllimlərin sertifikasiyası keçiriləcək

Müəllimlərin sertifikasiyası keçiriləcək

Diaqnostik qiymətləndirmə yekunlaşdıqdan sonra müəllimlərin sertifikasiyası keçiriləcək.
 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a açıqlamasında deyib ki, müəllimlərin sertifikasiyasının keçirilməsi ilə bağlı İşçi qrupa müəyyən işlər tapşırılıb.
 
E.Bağırov bildirib ki, həmin İşçi qrup diaqnostik qiymətləndirmənin keçirilməsi ilə də məşğuldur və sertifikasiyanın keçirilməsi ilə bağlı ilkin olaraq hədəflər müəyyən olunmalıdır: "Hansı müəllimləri sertifikasiyadan keçirilməli olduğumuzu və o hədəfləri müəyyən etmək üçün ilkin olaraq diaqnostik qiymətləndirmə keçirtmək lazımdır. Ancaq bundan sonra bizə məlum olacaq ki, hansı müəllimlər üçün sertifikasiya keçirtməliyik. Bunun üçün diaqnostik qiymətləndirmə başa çatmalıdır. Bu işlərin 2018-ci ilin yanvar ayından sonra baş tutması gözlənilir”.
 
E.Bağırov qeyd edib ki, bu il və gələn il müəllimlərin attestasiyasının keçirilməsi gözlənilmir. 
 
Qurum rəsmisi əlavə edib ki, indiyə qədər 100 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib və qiymətləndirmədən yaxşı keçən müəllimlərin əməkhaqqısı 40 %-a yaxın artırılıb: "Diaqnostik qiymətləndirmədən keçməyən 50 min müəllim qalır ki, onlar da aprel-may ayları ərzində qiymətləndirmədə iştirak edəcək.
 
Hər il diaqnostik qiymətləndirmədə ən zəif nəticə göstərən fiziki tərbiyə, ibtidai sinif, musiqi və texnologiya fənn müəllimləri olur. Kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə müəllimlər isə ən yüksək nəticə göstərirlər. Digər fənlər üzrə müəllimlərin göstəricisi ortadır". 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM