Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - Rəsmi

14:32 | 04.05.2021
Müğənni Aslan Hüseynov vəfat edib.

Anews.az Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir.

Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.


***

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev Anews.az-a açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: "Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.


***

Baş Dövlət Yol Polisi İdarəsindən Anews.az-a müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib: "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW” markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüsyenov vəfat edib”.
 
 
 

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM