Müğənni Yeni il gecəsində səhnədə vəfat etdi

23:39 | 01.01.2020
Müğənni Yeni il gecəsində səhnədə vəfat etdi

Müğənni Yeni il gecəsində səhnədə vəfat etdi

Braziliyada Yeni il gecəsi səhnəyə çıxan məşhur müğənni Juliano Sezar ürək tutmasından səhnədəcə vəfat edib.
Braziliyanın Parana əyalətində keçirilən Yeni il gecəsində konsert verən Sezar anidən özünü pis hiss edib.

İnfarkt keçirdiyi anlaşılan 58 yaşlı müğənniyə ilk tibbi müdaxilə elə səhnədə edilib. Lakin buna baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.
Qeyd edək ki, Juliano Sezar 33 illik karyerası boyunca 10 CD, 3 DVD albom buraxdırıb. O, 2004-cü ildə Latın Qremmi mükafatına layiq görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM