Müğənnilər toya nə qədər pul yazdırır?

22:28 | 19.01.2019
Müğənnilər toya nə qədər pul yazdırır?

Müğənnilər toya nə qədər pul yazdırır?



Şou-biznes nümayənələri getdiyi toylara, ad günlərinə yazdırdıqları məbləği açıqlayıblar. 


Axşam.az bir neçə müğənni arasında apardığı sorğunu təqdim edir:


Xatun Əliyeva bildirib ki, getdiyi məclisə min manat pul yazdırıb. Təkcə prodüseri Pənahın toyunda 2 min manat pul verib: "Ad gününə hədiyyəni sevmirəm. Mütləq pul olmalıdır”.


Rahidə Baxışova imkanı nəyə çatır, onu ödədiyini deyib. O, "500 də olub, 100-200 manat da” deyə söyləyib. 


"Əvvəl zinət əşyaları aparırdım, indi pul aparıram, çünki əvvəlki toylarım yoxdur”, - deyə Mətanət Əsədova bildirib. 


Müğənni Nazənin isə getdiyi məclisə ən az 200 manat apardığını söyləyib. O bildirib ki, hətta min manat və ya dollar da yazdırdığı olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb