Hökumət mühacirlərin qeydiyyat prosesi zamanı onlardan kimin Almaniyada qalıb-qalmayacağına qərar verəcək.
Almaniya mühacirlərin Avropaya axınına nəzarəti gücləndirmək məqsədilə onlar üçün tranzit zonaların yaradacaq.
ANS PRESS-in məlumatına görə, hökumət mühacirlərin qeydiyyat prosesi zamanı onlardan kimin Almaniyada qalıb-qalmayacağına qərar verəcək.
Eyni zamanda Almaniyanın Drezden şəhərində PEGIDA hərəkatı tərəfdarlarının növbəti irimiqyaslı etiraz aksiyası baş tutub. İslam dini əleyinə olan hərəkat üzlvləri hökumətin müsəlmanları ölkəyə qəbul etməklə bağlı qərarınını tənqid edib, onların ölkədən xaric olunması tələbləri ilə çıxış ediblər. Fəallar bildiriblər ki, hazırkı hökumət mühacirləri ölkəyə qəbul etməklə Avropada vətəndaş müharibəsi üçün zəmin yaradırlar.
PEGIDA təşkilatının mitinqi
Xorvatiyada prezident Kolinda Qrabar-Kitaroviç mühacir düşərgəsini ziyarət edib. Prezident düşərgədə mühacirlərin problemləri ilə maraqlanıb. Mühacirlər yağışlı havada hökumətin onları çadırlarla təmin etməsinə görə prezidentə təşəkkür ediblər.
Qrabar Kitaroviç insan qaçaqçılarının qanunsuz fəaliyyətinə qarşı hökumətin ciddi tədbirlər görməli və sərhədlərdə nəzarəti daha da gücləndirməli olduqlarını bildirib. Qrabar Kitaroviç qeyd edib ki, mühacirlərin əskəriyyəti Avropaya zorakılıqlardan qaçdıqları üçün deyil, maliyyə çətinlikləri ilə əlaqədar köç etdiklərini bildirib.
Kolinda Qrabar-Kitaroviç mühacirlər düşərgəsində
Xorvatiyada havaların soyuması və yağıntılar mühacirləri donvurma təhlükəsi qarşısında qoyub. Mövsümi yağışlar mühacirlərin Avropaya hərəkətini məhdudlaşdırıb.
Yunanıstanın Lesbos adası sahilində mühacirlə dolu qayıq müşahidə edildikdən sonra sahil təhlükəsizlik xidməti onları xilas edib. Qayıqda 16 nəfər olub.
İtaliyanın sahil təhlükəsizlik xidməti isə 700 mühacirin sahilə çıxmasına kömək edib. Mühacirlərlə dolu gəmi
Siciliya adasında Trapani limanına yan alıb. Rəsmilər mühacirlərin əksəriyyətinin Suriya və Eritreya əsilli olduğunu bildiriblər.
Onlar "Sərhədsiz Həkimlər” təşkilatının nümayəndələri tərəfindən tibbi yoxlamadan keçiriliblər. Daha sonra mühacirlər onlar üçün nəzərdə tutulan düşərgələrə göndəriliblər. Xilas olunan mühacirlər arasında 42 uşaq, bir neçəsi hamilə olmaqla 167 qadın olub. Çoxlu sayda uşaqla birlikdə etibarsız qayıqlarla Aralıq dənizi sularına atılan mühacirlərin Avropa səyahəti olduqca təhlükəli və risli keçib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !