Müharibə başlayandan bəri Xarkov əhalisi iki dəfə azalıb - Şəhər meri

16:11 | 13.03.2023
Müharibə başlayandan bəri Xarkov əhalisi iki dəfə azalıb - Şəhər meri

Müharibə başlayandan bəri Xarkov əhalisi iki dəfə azalıb - Şəhər meri

Ukrayna Rusiya müharibə başlayandan bəri Xarkov əhalisinin sayı iki dəfə azalıb. Bu barədə Xarkov meri İqor Terexov telekanala müsahibəsində bildirib.

"Hazırda Xarkovda təxminən 1 milyon 100 min sakin yaşayır ki, bu da müharibədən əvvə burada yaşayan insanların yarısına bərabərdir. Şəhərdə çox şey bərpa olunmalıdır və biz çalışırıq ki, Rusiya təcavüzkarının vurduğu ziyanı bərpa edək. Hazırda 150 minə yaxın Xarkov sakininin evləri yox vəziyyətindədir”, - Xarkov meri əlavə edib.

Terekhov həmçinin bildirir ki, şəhər martın 8-dən 9-na keçən gecə Rusiya hərbçilərinin son raket zərbəsindən sonra demək olar ki, düzəldilib.

"İki gündür ki, Xarkov sakinlərinin evlərində işıq yox idi. İndi praktiki olaraq belə hallar yoxdur, indi şəhərə elektrik verilir. Su təchizatı var, istilik də var”, - mer bildirib.

UNİAN-ın məlumatına görə, martın 9-na keçən gecə Rusiya Ukraynaya növbəti raket hücumu həyata keçirib.
 
Xarkova 11 raket atılıb, nəticədə istilik elektrik stansiyaları və transformator yarımstansiyaları zədələnib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti