Müharibə başlayandan Ukraynada 2 mindən çox məktəb bağlanıb

11:16 | 25.10.2024
Müharibə başlayandan Ukraynada 2 mindən çox məktəb bağlanıb

Müharibə başlayandan Ukraynada 2 mindən çox məktəb bağlanıb

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukraynada 2114 məktəb bağlanıb. Bu barədə Ukraynanın təhsil portalı məlumat yayıb.  
 
Birinci sinfə gedənlərin sayı 122 mindən çox azalıb.

Əgər 2020-2021-ci illərdə ölkədə 14 815 məktəb fəaliyyət göstəribsə, 2023-2024-cü illərdə 12 701 məktəb fəaliyyət göstərib.

"Kənd yerlərində məktəblər daha intensiv bağlanır, şəhərlərdə də bu tendensiya aşağı düşüb.  4 il ərzində orada məktəblərin təxminən 5%-i bağlanıb.  Yəqin ki, bu, məktəblilərin xaricə kütləvi şəkildə getməsi ilə bağlıdır. Təkcə bu il təxminən 300 000 tələbə təhsilə başlamazdan əvvəl Ukraynanı tərk edib", - məlumatda deyilir. 
 
Rusiya 2021-ci ilin fevralından Ukraynada hərbi əməliyyatlar keçirməsi barəsində qərar qəbul edib. Müharibədən sonra bir çox insanlar öz ölkəsini tərk etmək barəsində qərar verməyə məcbur olub. Rusiyaya etiraz olaraq ABŞ və Avropanın2 7 ölkəsi sərt sanksiyalar tətbiq edib. Lakin buna baxmayaraq Rusiya geri çəkilməklə bağlı heç bir addım atmayıb. 
 
Hazırda iki ölkə arasında gərginlik davam edir. 
 
Gülnar  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM