Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı

12:16 | 02.12.2022
Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı

Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı

Fevralın 24-dən Ukrayna ordusu 13 minə qədər əsgər itirib. Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak "Kanal 24” telekanalının efirində danışıb.

"Bizim Baş Qərargahın rəsmi hesablamaları var, Ali Baş Komandanın verdiyi rəsmi hesablamalar var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq", - Podolyak bildirib.

Noyabrın 30-da Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Ukraynanın hərbi itkilərinin 100 min olduğunu bildirmiş, lakin sonradan səhv etdiyini açıqlayaraq bu haqda danışdığı hissəni sosial şəbəkə hesablarından silmişdi.

Buna baxmayaraq məsələ qalmaqala və Ukrayna tərəfinin reaksiyasına səbəb olmuşdu.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti