2020-ci il müharibəsindən sonra ölkədə 377 nəfər mina qurbanı olub. Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
"Mina qurbanı olmuş 377 nəfərin 69 nəfəri həlak olub, 308 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb", - o bildirib.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !