Müharibədən sonra ilk dəfə sərhəd qapısı açılır - 29 ildən sonra...

10:25 | 17.07.2019
Müharibədən sonra ilk dəfə sərhəd qapısı açılır - 29 ildən sonra...

Müharibədən sonra ilk dəfə sərhəd qapısı açılır - 29 ildən sonra...

İraq ilə Səudiyyə Ərəbistanı arasında yeganə sərhəd qapısı olan "Ar Ar” 29 il sonra istifadəyə açıqlacaq.

Anews.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Bağdaddakı səfiri Əbdüləziz Əş-şəməri "Əl-Ərəbiə” telekanalına açıqlamasında deyib.
Səfir bildirib ki, sərhəd qapısı 15 oktyabrda rəsmi şəkildə istifadəyə veriləcək. Başda Həcc ziyarəti olmaqla, ildə 600 minə yaxın iraqlı bu qapıdan istifadə edərək Səudiyyə Ərəbistanına gedəcək.Qeyd edək ki, "Ar Ar” sərhəd qapısı Səudiyyə Ərəbistanı ilə İraq arasındakı 812 kilometrik sərhəd xətti üzərində yeganə keçid qapısıdır.
 
İraqın 1990-cı ildə Küveyti işğal etməsindən sonra Ər-Riyad Bağdadla bütün diplomatik münasibətlərini kəsmiş, sərhəd qapısını bağlamışdı. İŞİD terror təşkilatının aradan qaldırılmasından sonra İraq qonşu ölkələrlə ortaq maraqlar prinsipi üzərində münasibətlərini düzəltmək istədiyini açıqlamışdı.(publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM