Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşdiriləcək

11:45 | 23.09.2015
Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşdiriləcək

Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşdiriləcək

"Komitənin yeni əsasnaməsinə uyğun olaraq qeydiyyat prosesində "bir pəncərə" prinsipinin tətbiqi nəticəsində artıq vətəndaşlar yalnız bir ünvana müraciət edərək daşınmaz əmlaka dair çıxarış və digər sənədləri tez zamanda əldə edə bilirlər"

ANN.Az xəbər verir ki, bu haqda məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin başa çatması ilə əlaqədar ictimai təqdimat mərasimində deyib.

İctimai təqdimatda çıxışı zamanı Rafiq Cəlilov Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılmasının bir sıra nəticələrinin əldə olunacağını vurğulayıb: "Belə ki, respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotuna nail olunacaq. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşdiriləcəkdir".

Sədr müavini daha sonra əlavə edib ki, hazırda komitənin sosial layihələri hesab olunan "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətləri həyata keçirilir. Vətəndaşlara yerlərdə, birbaşa onların ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Bununla yanaşı ölkəmizdə müasir tələblərə uyğun "Ünvan Reyestri İnformasiya Sistemi” yaradılıb. Bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi və beynəlxalq standartlar öyrənilib. 

Sonda Rafiq Cəlilov, daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər, tətbiq olunan innovasiyalar və qeydiyyat prosesinin sadələşməsi ölkədə biznes mühitinin yaxşılaşmasına öz töhfəsini verəcəyini deyib: "Sosial amillərin güclənməsi, mülkiyyət mənafelərinin və hüquqlarının qorunmasını yüksək səviyyədə təmin edəcəkdir".


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti