"Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır".
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Dağlıq Qarabağda sülh münaqişənin həlli bizim xarici siyasət çağırışımızda birinci yerdə dayanır”, - o deyib.
Onun sözlərinə görə, ölkəsi münaqişənin həlli üçün "konstruktiv" fəaliyyəti aparmağa davam edəcək.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirə ediləcəyi görüş ATƏT-in Minsk Qrupu həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !