Mundialın üç oyunu ilə bağlı sensasiyalı iddia

09:24 | 30.06.2014
Mundialın üç oyunu ilə bağlı sensasiyalı iddia

Mundialın üç oyunu ilə bağlı sensasiyalı iddia

Danışılmış oyunların sinqapurlu təşkilatçılarından olan Rac Perumal DÇ-2014-ün üç oyunu ilə bağlı sensasiyalı iddia irəli sürüb. Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına müsahibəsində o, Kamerun millisinin iştirakı ilə keçirilən hər üç oyunun nəticəsinin əvvəlcədən bəlli olduğunu bildirib.Xatırladaq ki, A qrupunda yarışmış Kamerun Meksika, Xorvatiya və Braziliyaya müvafiq olataq 0:1, 0:4 və 1:4 hesabı ilə uduzub.Alman jurnalistlərin yazdığına görə, Kamerun – Xorvatiya oyunundan əvvəl Rac Perumal özünün Facebook səhifəsində yazıb ki, oyun xorvatların 4:0 hesablı qələbəsi ilə başa çatacaq, birinci hissədə isə futbolçulardan biri qırmızı vərəqə alacaq. Onun dediyi kimi də olub. Matçın 40-cı dəqiqəsində Aleks Sonq xorvatiyalı Mario Mandjikiçə qarşı bilərəkdən kobudluq etdiyi üçün meydandan qovulub.“Kamerun millisində oyun satmaqla məşqul olan yeddi əclaf var” – deyə o R.Perumal Almaniya mətbuatına müsahibəsində bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM