Münhen Forumunda düşmən ölkələr də iştirak etməlidir - Stoltenberq

19:58 | 13.10.2024
Münhen Forumunda düşmən ölkələr də iştirak etməlidir - Stoltenberq

Münhen Forumunda düşmən ölkələr də iştirak etməlidir - Stoltenberq

NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq onun sədrliyi ilə Münhen Təhlükəsizlik Konfransının müxtəlif fikirlərin ifadəsi üçün platforma və müxtəlif ölkələrin nümayəndələrinin görüş yeri olacağına söz verib.Bu barədə Yens Stoltenberq "Spiegel” jurnalına müsahibəsində deyib.

O bildirib ki, sədr kimi konfransın missiyasına töhfə verməyə çalışmaq istəyir:"Dialoq vasitəsilə sülh olsun”.
 
Stoltenberq 2025-ci ilin yazında forumun rəhbəri vəzifəsini icra edəcək.
 
"Ancaq mən hesab edirəm ki, konfrans çox vacib idi, çünki bu, bir-birini düşmən hesab edən, çox fərqli ölkələr üçün yaxşı platformadır.Biz başa düşməliyik ki, biz qlobal dünyada yaşayırıq və qlobal perspektivə ehtiyacımız var", – o deyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM