Müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi bu il həyata keçirilməyəcək - RƏSMİ

12:15 | 24.11.2022
Müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi bu il həyata keçirilməyəcək - RƏSMİ

Müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi bu il həyata keçirilməyəcək - RƏSMİ

Müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi bu il həyata keçirilməyəcək. Bunu  İnsan Resurları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi" mövzusunda keçirilən verilişində deyib.
 
"Növbəti mərhələlərdə işəqəbul olunmuş şəxslər tədris ilinin sonuna, ya da vakant yerin göstərildiyi müddətə kimi öz müəssisələrində çalışa biləcəklər”,- direktor vurğulayıb.
 
 
Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq.
 
Əlavə olaraq, namizədlər www.miq.edu.az/muqavile saytında "Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.
 
Aytac

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti