ATV-də yayımlanan "Maşın şou"nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub.
Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş.
Ancaq media Murad Dadaşovun bu yalanını üzə çıxarıb və "Maşın"ı Talıb Talehin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o 2 gün öncə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq əmri verib. Şounun mühafizəçiləri kobud şəkildə medianı zaldan uzaqlaşdırıb, eyni zamanda onlara deyilib ki, bu yazdığınız xəbərlərə görədir.
Bundan başqa aktyor İlkin Misgərliyə hədiyyə olunan avtomobili də sürpriz kimi canlı yayımda açıqlamağı planlaşdıran aparıcının arzusu ürəyində qalıb.
Murad Dadaşov və komandasının nəzərinə çatdırmaq istəyirik ki, mətbuata savaş açmaq bu günə qədər heç kimə başucalığı gətirməyib, özünüz hər zaman efirdə xalqın gözü tərəzidir deyirsiz, əgər xalqa bu qədər hörmət edirsizsə, onu aldatmayın. Unutmayın ki, sizə reytinq qazandıran sponsorlarınız yox, tamaşaçılardır. O tamaşaçıları aldatmaq isə mümkün deyil artıq dünəndən hər kəs şounun qalibinin kimliyini bilir. Sosial şəbəkələrdə bu saxtakarlıq və yalançılıq kəskin şəkildə tənqid edilir.
Hətta müğənni Nadir Qafarzadə də dünən canlı yayımda Talıb Talehi təbrik etdi. Öz komandanıza söz deyə bilmirsizsə, heç olmasa qonaqlara xəbərdarlıq edərdiz ki, yalanınızı üzə çıxarmasın.
Ümid edirik ki, MTRŞ da yaxın günlərdə şounun monitorinqi ilə bağlı nəticələri açıqlayacaq və bu gün həqiqəti yazan mətbuat növbəti dəfə haqlı çıxacaq.
Jurnalistlərə saymazlıq edən Murad Dadaşov və komandası "Maşın bu dəfə sizin üçün əldən getməsə yaxşıdır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !