Murad Dadaşov "Xəzər"ə ilk onu gətirdi

12:34 | 14.03.2020
Xalq artisti Murad Dadaşov "Xəzər" TV-yə rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər edib.


Anews.az axşam.az-a istinadən xəbər verir ki, o, telekanala yeni kadrların cəlb olunmasına başlayıb. Dadaşovun telekanala transfer etdiyi ilk aparıcı isə "Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucovdur.


Elşən "Youtube"da yayımlanan "Fəlidən doğru xəbər" adlı layihəsi ilə sözügedən kanalda efirə çıxacaq. Onun verilişinin vaxtı bəlli olmasa da artıq anonsları efirdə yayımlanır.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM