Mursinin ən yaxın adamı haqqında ciddi qərar verildi

23:02 | 12.01.2015
Mursinin ən yaxın adamı haqqında ciddi qərar verildi

Mursinin ən yaxın adamı haqqında ciddi qərar verildi

Misir çevrilişi zamanı həbs olunan keçmiş prezident Muhamməd Mursinin xarici işlər məsələləri üzrə köməkçisi Xalid Kazzaz səhhətində yaranmış problemlər səbəbilə həbsxanadan evə buraxılıb.

ANN.Az xəbər verir ki, bu barədə Misir Prokurorluğu bir ay bundan əvvəl qərar çıxarıb. Keçmiş prezident köməkçisinin ailəsinin mediaya verdiyi məlumata görə, Kazzaz dünən axşam evinə gətirilib. O, bir daha məhkəmə qarşısına çıxarılmayacaq.

Xalid Kazzaz Misirdə 3 iyul 2013-cü ildə prezidentə qarşı baş tutan hərbi çevriliş zamanı günahkar bilinmiş və həbs olunmuşdur.

ANN.Az


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM