Misirdə hərbi xuntanın həyata keçirdiyi dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılaraq həbs olunan sabiq prezident Muhamməd Mursi Soma faciəsi qurbanları üçün başsağlığı verib. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı sabiq prezidentin oğlu Üsamə Mursi facebook şəbəkəsindəki səhifəsində yayıb. Oğul Mursi məhkəmə prosesindən sonra atası ilə görüşdüyünü, atasının Somada baş verənlərə görə, Türkiyəyə başsağlığı verdiyini qeyd edib. “Misir Ərəb respublikasının prezidenti Muhamməd Mursi Soma mədənində baş verən faciəyə görə başda Türkiyə Cümhuriyyətinin prezidenti cənab Abdullah Gül, baş nazir cənab Rəcəb Tayyib Ərdoğan və türk xalqına başsağlığı verir, baş vermiş hadisəyə görə Türkiyə xalqı üçün Allahdan səbr və mətanət təmənna edir” – deyə Üsamə Mursi sosial şəbəkədə yazıb. Xatırladaq ki, mayın 13-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı kömür mədənində 301 nəfərin ölümü ilə nəticələnən dəhşətli partlayış baş verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !