Misirin keçmiş prezidenti Məhəmməd Mursinin oğlu və vəkili Usamə Mursi atası haqqında çıxarılan ölüm hökmünə münasibət bildirib.
Musavat.com-un məlumatına görə, Misirdə xuntanın edama məhkum etdiyi devrilmiş prezident Məhəmməd Mursinin oğlu Usamə Mursi xəbərlər proqramında canlı yayıma bağlanıb.
O, deyib: "İndiki vəziyyətdə əsas məsələ Mursinin həyatı deyil, məsələ verilən qanunsuz qərarlardır. Prezident Mursi təslim olmayacaq.
Atamı təkcə məhkəmələrdə görürdüm. Son dəfə mən onu görəndə Misir xalqına səsləndi ki, çevrilişi tanımasınlar”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !