Mursiyə zəhər verilib?

12:10 | 24.07.2015
Mursiyə zəhər verilib?

Mursiyə zəhər verilib?

Misirdən mühacirət edən parlament üzvlərinin qurduğu "Qanuni parlament" təşkilatı ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin zəhərlənməsi iddiası ilə çıxış edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Mursi dünən ona qarşı qaldırılmış "Qətərə cəsusluq" ittihamı üzrə keçirilən məhkəmədə iştirak etməyib və bu onun tərəfdarları arasında həyəcan yaradıb.

"Qanunu parlament" təşkilatının yaydığı bəyanatda deyilir: "Prezident Mursinin səhhətində yaranmış problem və məhkəməyə gətirilməməsi, eyni zamanda hazırkı Misir rejiminin şübhəli məlumatları bizdə şübhə yaradıb. Məhkəmə üzvləri Mursinin həyatından cavabdehdirlər".

Qurum üzvləri BMT-yə və Ümumdünya Səhiyyə Təçkilatına müraciət edərək onların üzvlərinin Mursi ilə görüşmələri və qan analizləri götürmələri xahiş olunub: "Biz Misir rejiminin Mursinin yeməklərinə zəhər qatmasından və onu öldürmək istəməsindən şübhə edirik və lazımi analizlərin götürülməsini istəyirik".

Digər tərəfdən dünən Mursinin oğlu Abdullah Mursi özünün "Facebook" hesabından atasının səhhətinin normal olduğunu xəbər etmişdi.

Dünən keçirilən məhkəməyə gətirilməməsinin səbəbi onun qanında şəkərin aşağı enməsi ilə əsaslandırılmışdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM