Musa Qasımlı seçkidə iştirak etməyəcəyi ilə bağlı xəbərə münasibət bildirib

11:51 | 11.07.2024
Musa Qasımlı seçkidə iştirak etməyəcəyi ilə bağlı xəbərə münasibət bildirib

Musa Qasımlı seçkidə iştirak etməyəcəyi ilə bağlı xəbərə münasibət bildirib

Deputat Musa Qasımlı mətbuatda bu dəfəki parlament seçkilərində namizəd olmayacağı ilə bağlı yazılara münasibət olaraq "kim istəyirsə namizədliyini irəli sürə bilər" cavabını verib. 
 
Bu gün mətbuatda Musa Qasımlının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olmayacağı yazılıb. 
 
"Ölkəmizdə media azaddır. Kim nə istəyir yaza bilər. Seçki öncəsi şərait də sərbəst və demokratikdir. Kim isyəyirsə namizədliyini irəli sürə bilər", - deputat cavab verib. 
 
Musa Qasımlı dəqiq olaraq yenidən namizədliyi irəli sürüb, sürməyəcəyi ilə bağlı hər hansı dəqiq fikir bildirməyib. 
 
Həmin dairədən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev namizədliyini irəli sürüb. 
 
Əliməmməd Nuriyev faktı bakuposta təsdiq edib və bildirib ki, sənədlərini artıq  Dairə Seçki Komissiyasına təqdim edib.
 
Musa Qasımlı  Milli Məclisinin IV, V, VI çağırış deputatı olub. 
 
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 
 

 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür