• $ 1.7
  • € 1.9014
  • ₽ 0.020971
  • ₺ 0.0437
  • £ 2.2609

Musiqili Teatrda “Amerikalı kürəkən”in premyerası oldu - FOTOLAR

Musiqili Teatrda “Amerikalı kürəkən”in premyerası oldu - FOTOLAR
03.05.2016 22:46
Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin "Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını yeni quruluşda təqdim edib.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamaldır. "Amerikalı kürəkən”in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də geniş tamaşaçı auditoriyasının sevgisini qazanan müğənni, Əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır.  Tunzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tunzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Məhz bu kələk nəticəsində hadisələrin axarı tamamilə dəyişərək gözlənilməz situasiyalarla zəngin olan bir məcraya yön alır...
 
 
Qeyd edək ki, Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. İlk dəfə tələbə ikən - 1985-ci ildə məhz Musiqili Teatrda səhnəyə çıxıb, Emin Sabitoğlu və Xalidə Hasilovanın "Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və  hazırda Dövlət Musiqili Teatrının aktrisasıdır.
 
 
"Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaiqf Məstanov, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.  Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol