ANN.Az xəbər verir ki, Duçe hakimiyyətdə olduğu illərdə "Villa Torlonia" adlanan sarayda yaşayıb. Sarayın 1806-cı ildə Neo-klassik memar Cuzeppe Valadier tərəfindən inşasına başlanıb. Villa məşhur bankir Covanni Torlonia üçün inşa olunurdu. Ancaq onun oğlu Alessandroya qismət olub.
Bir müddət istifadə edilməyən Villa Mussolini tərəfindən 1920-ci illərin əvvəllərində kirayəyə götürülüb. Duçe bu "sevimli villa"da 1943-ci ilə qədər yaşayıb. Məlumata görə, villanın içərisində bir muzey və "Bayquş evi" adı ilə tanınan bir ev də olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !