Bu gün səhər saatlarında Krım tatarlarının lideri Mustafa Cəmilov Məclis rəhbərinin müavini Aslan Ömərovla Krımdan Kiyevə gedib.
Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Krım Məclisinin saytında məlumat verilib. Məlumatda qeyd edilir ki, Krımla Ukraynanın administrativ sərhədini keçərkən Cəmilova Rusiya Federasiyası ərazisinə gəlməsinə icazə verilməməsini əks etdirən akt təqdim olunub. Burada yazılıb ki, 2014-cü il aprelin 19-dan Ukrayna vətəndaşı, 1943-cü il təvəllüdlü Mustafa Cəmilova Rusiya ərazisinə gəlmək qadağan olunur. Bu qadağanın 2019-cu il aprelin 19-dək qüvvədə olduğu da aktda qeyd edilib.
Cəmilovun sözlərinə görə, istənilən qadağa əhəmiyyət verməyərək Krıma gəlib-getməkdə israrlıdır.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !