Mustafa Krımoğlu: “Ukrayna pasportlarından imtina etməyəcəyik, amma...”

23:35 | 17.04.2014
Mustafa Krımoğlu: “Ukrayna pasportlarından imtina etməyəcəyik, amma...”

Mustafa Krımoğlu: “Ukrayna pasportlarından imtina etməyəcəyik, amma...”

Sabah, aprelin 18-də Krım sakinləri avtomatik olaraq Rusiya vətəndaşlarına çevriləcəklər. “Odur ki, Krım tatarlarının əksəriyyəti qərara gəliblər ki, Ukrayna vətəndaşlığından imtina eləməsinlər, ancaq eyni zamanda rus pasportları almağa da razılaşıblar”. 
Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmil Krımoğlu deyib. 
“Krım tatarlarının mövqeyi hazırda belədir: onlar Ukrayna pasportlarından imtina etməyəcəklər, ancaq həm də yəqin ki, rus pasportlarını da qəbul edəcəklər. Çünki bu pasportlarsız adicə küçədə gəzmək belə mümkün olmayacaq, saxlayacaq və sənədləri yoxlayacaqlar, işə düzəltmək mümkün olmayacaq”, - deyə o bildirib. 
  
Onun sözlərinə görə, Ali Radanın “İşğal altındakı ərazilər” haqda Qanunu nəzərdə tutur ki, əgər şəxs Rusiya vətəndaşlığı almaq haqda ərizə yazmayıbsa, işğaldan sonra Ukrayna vətəndaşlığını avtomatik saxlayır: “Ona görə də Krım tatarları məntiqli olaraq hesab edirlər ki, işğal bitəndən sonra onlar problemsiz yenidən Ukrayna vətəndaşları olacaqlar”.
Mustafa Krımoğlu əlavə edib ki, ümumiyyətlə, Rusiya pasportu almaq istəməyən 3 minə yaxın tatar da var ki, onlar artıq Qərbi Ukraynana köç ediblər.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM