Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşova vəfat edib.
Anews.az Report-a istinadən xəbər verir ki, Z.Topçubaşova 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, prezident İlham Əliyevin 2002-ci ildə imzaladığı fərmana əsasən, Topçubaşova Zemfira Mustafa qızı Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb. O, sovet cərrahı, Azərbaycan SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71) Mustafa Topçubaşovun və Azərbaycanın ilk qadın rəssamı, SSRİ-nin əməkdar incəsənət xadimi Reyhan Topçubaşovanın qızıdır.
Allah rəhmət eləsin!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !