• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Müstəqil jurnalistlər prokurorluğa niyə dəvət olunmayıb?

Müstəqil jurnalistlər prokurorluğa niyə dəvət olunmayıb?
11.08.2022 16:43
Baş Prokurorluğun təşkilatçılığı ilə "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans ölkənin nüfuzlu media subyekrtləri rəhbərləri və ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Prokurorluğu medianın işinə müdaxilədə və ayrıseçkilikdə qınayıblar.  
 
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söyləyir ki, medianın problemini müzakirə etmək Baş Prokurorluğun işi deyil. Bu qurum korrupsiya, yeyinti  və cinayətkarlıqla bağlı məsələləri araşdırmağa məsuldur. 
 
"Prokurorluq medianın işinə qarışan qurum deyil. Media öz-özünü tənzimləməlidir. Bu konstitusiyada da  qeyd olunub. Onlar kimi istrəyirlərsə dəvət edə bilərlər, ancaq jurnalistlərlə bağlı qərar vermək səlahiyyətində deyillər. Ölkə statistikasına baxsaq, korrupsiyaya görə ölkə təxminən 130-cu yerdədir, bununla məşğul olsunlar. Konstitusiyanın 25-ci maddəsini, 50-ci maddəsini kobud şəkildə pozaraq ayrı-seçkiliyə yol verir, jurnalistləri kateqoriyalara bölərək, bir qrupun iştirakına şərait yaradır, digər jurnalistləri isə tədbirdən çıxarır.",  -  Mehman Əliyev bildirib. 
 
Jurnalist Səxavət Məmmədlinin fikrincə, tədbirin keçirilməsində yanlışlıq odur ki, prokurorluq tərəfindən çağırılan jurnalistlər həmin tədbirə dəvət olunmamışdı.
 
"Bir neçə gün əvvəl mətbuat şurasında jurnalistlərin prokurorluğa dəvət olunması ilə bağlı tədbir keçirilib. Həmin tədbirə mən jurnalist kimi getmişdim. Öz fikirlərimi açıq şəkildə bildirdim və səhəri məni  prokurorluğa dəvət etdilər. Amma prokurorluğun təşkil etdiyi tədbirə mən çağırılmamışdım. Ancaq Mətbuat Şurasına yaxın olan jurnalistlər dəvət olunub.  Əgər belə bir tədbir təşkil olunursa, müstəqil jurnalistləri də  dəvət etmək lazım idi. Ən azından son bir  bir dəfə 500 manat cərimə olunmuşam və bir dəfə  mənə xəbərdarlıq edilib. Baş prokurorluğa dəvət olunanlardan heç biri konfransa çağırılmamışdı.
 
Jurnalist düşünür ki,  son günlər media ilə bağlı məsələlərə baş prokurorluq açıqlamalar verir, müdaxilələr edir.
 
"Bu ölkədə kimliyindən asılı olmayaraq hamı jurnalisti tənqid etməyə meyillidir.  Mətbuatla bağlı iki qurum varsa prokurorluq bu işə niyə qarışır? Əgər bir jurnalist şər atıb, yalan məlumat yayırsa, o, məhkəməyə verilməlidir.  Qurumlar yaxşı bir taktika seçiblər, xoşlarına gəlməyən yazı olan kimi prokurorluğa müraciət edirlər. Yəni prokurorluğun qarışması absurd haldır", - Məmmədov əlavə edib.
 
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu tədbirdə uğursuz məqamların olduğunu vurğulayıb.
 
"Medianın inkişaf agentliyi qalıb kənarda prokurorluq ev sahibliyi edərək, media azadlığı sosial şəbəkənin güclənməsi şəraitində informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirir. Bütün bunların hamısı xoş niyyətdən doğur. Azərbaycan həmçinin informasiya terroruna məruz qalan ölkədir. Amma bunun bir protokol qaydaları var. Hər bir qurum  biz medianın çağırışına cavab verməlidir. Orada bizim bildiklərimizdən də zəif məruzələr oxumağa gərək yoxdur. Sosial media dünya gücüdür. Sosial mediaya qarşı müharibə aparmaq mümkünsüz və yanlışdır. Sosial medianın imkanlarını genişləndirmək lazımdır. Tənqid dəhlizini böyütmək lazımdır. Hətta tənqid edənlərin sosial mediada paylaşımları belə məhdudiyyət altındadır. Yazma, yığışdır deyirlər. Buna görə də özünü tanımayanlar sosial media fonemenləri olurlar",- Arifoğlu bildirib.
 
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna-Zerkalo qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə bildirir ki, tədbirdən  yarımçıq çıxıb.
 
"Orda danışılanlar mənim üçün maraqlı deyildi. Müzakirələrdə olmamışam. Baş prokurorluğun təşkil etdiyi tədbir media üçün qapalı idi.  Bir az dinlədikdən sonra, maraqlı olmadığı üçün çıxdım'', - o bildirib. 
  
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı söyləyir ki, tədbirdə  müstəqil mətbuatın təmsilçiləri də iştirak edib.
 
"Konfrans qapalı iclas şəkilində keçirilməyib.  Sadəcə sosial şəbəklərdə Azərbaycanın əleyhinə olan təhdidlərlə bağlı müzakirələr aparılıb. Hər bir iclasın müəyyən bir protokol qaydaları var. Buna əsasən də iclas keçirilib. Bəzi sayt və televiziyaların orda olmaması o demək deyil ki, jurnalistlərə qarşı ayrıseçikilik qoyulub", Aşırlı bildirib. 
 
Qulu Məhərrəmlinin fikrincə,  prokurorluğa demək olmaz ki, niyə kimisə çağırmısız, kimisə yox. Bununla bağlı prokurorluğun öz qayda qanunları var.
 
"Prokrorluq üçün idarə olunanlar və idarə oluna bilməyənlər anlayışı var.  İstənilən media nümayəndəsinin prokurorluqla münasibətdə olması  yaxşı haldır. Amma onun tənzimlənmə cəhdi və jurnalistlərlə davranışı arzuolunan deyil", - ekspert bildirib. 
 
Baş Prokurorluğun mətbuat xidmətindən isə jurnalistlərin iradlarına münasibət ala bilmədik. 
 
Aytac Zeynalova

www.anews.az
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Cəmiyyət 15:55
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Cəmiyyət 15:42
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Cəmiyyət 14:26
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
Cəmiyyət 14:17
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
BDYPİ valideynlərə çağırış edib
Cəmiyyət 13:38
BDYPİ valideynlərə çağırış edib
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 11:49
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Altı ayda 600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib
Cəmiyyət 11:35
Altı ayda 600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib
2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
Cəmiyyət 11:26
2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol