Müstəqillik qazanandan sonra Azərbaycan iki dəfə dezinformasiya ilə üzləşib

10:30 | 21.07.2024
Müstəqillik qazanandan sonra Azərbaycan iki dəfə dezinformasiya ilə üzləşib

Müstəqillik qazanandan sonra Azərbaycan iki dəfə dezinformasiya ilə üzləşib


Dezinformasiya milli və dövlət təhlükəsizliyinə təhdiddir. Burada siyasi və iqtisadi maraqlar sosial qütbləşmə məqsədi daşıyır və Azərbaycan belə bir problemlə üzləşib. Bunu prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

"Azərbaycan Ermənistan tərəfindən dezinformasiyaya məruz qalıb. Azərbaycan işğal edilmişdi , amma bu elə təqdim edilirdi ki, sanki biz Ermənistan ərazisini işğal etmişik”, - Hacıyev bildirib.

Onun sözlərinə görə, peşəkar media ilə işləmək hesabına Azərbaycan bu problemi həll edə bilib. 

"Ölkə prezidenti özü müsahibələr verməyə başladı , birbaşa peşəkar mediaya çıxdıq. Biz razılaşmalıyıq ki,qlobal səviyyədə sosial medianın təkmilləşdirilməsinə hələlik nail ola bilməmişik. Terminologiyada da konsensus yoxdur. Burada mətbuat və QHT-lərin birgə mübarizəsi mövcuddur”, - Hacıyev deyib.

Onun sözlərinə görə, COP29 ev sahiblik etmək hüququ veriləndən sonra Azərbaycan ikinci dəfə dezinformasiya problemi ilə üzləşib”, - Hacıyev əlavə edib.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti