Müxalifət liderləri saxlanılıb

13:20 | 16.02.2020
Müxalifət liderləri  saxlanılıb

Müxalifət liderləri saxlanılıb

REAL partiyasının lideri İlqar Məmmədli saxlanılıb. Onu mülki paltarda olan şəxslər evindən çıxan zaman saxlayıblar, bu barədə onun müavini Natiq Cəfərli Anews.az məlumat verib.
 
Arif Hacılının evi də polis tərəfindən mühasirəyə alınıb. "Müsavat" partiyasının bir neçə fəalı  saxlanılıb. 
 
Həmçinin saat 12.30 radələrində D18 hərəkatının lideri Ruslan İzzətli saxlanılıb, bu barədə hərəkatın idarə heyətinin üzvü Samir Ağayeva Anews.az-a məlumat verib. 
 
Saxlanılanlar bu gün MSK qarşısında keçiriləcək mitinqin təşkilatçıları sayılırdı.
 
Daxili İşlər Nazirliyinin mətbua katibi Ehsan Zahidpv onda belə bir məlumatın olmadığını bildirərək dəqiqləşdirəcəyinə söz verdi.  


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM