Rusiyada müxalifətdən olan siyasətçi Sergei Levchenko Sibirin İrkutsk regionunun qubernatoru seçilib. O, Dövlət Dumasının Kommunist Partiyasından üzvüdür, səslərin 56.9 faizini toplayıb.
Levchenko-nun rəqibi Prezident Vladimir Putin-in Vahid Rusiya Partiyasından Sergei Yeroshenko idi.
2012-ci ildən bu seçkilər keçiriləni birinci dəfədir kiçik müxalifət partiyasından namizəd regional qubernator seçilir. Rusiyada 85 region qubernatorları ölkədə güclü vəzifələrdən sayılır. 2005-2012-ci illərdə qubernatorlar Kreml tərəfindən təyin olunurdu, daha sonra isə Vahid Rusiya-nın namizədləri qalib gəlirdi.
Sentyabrın əvvəlində keçirilən seçkilərdə yerləri əsasən Putin-ə sadiq namizədlər qazanıb. Gələn il parlament seçkiləri keçiriləcək. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !