Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş ilə görüşüb.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.