"İstər kimya,fizika, riyaziyyat,biologiya sahəsində azərbaycanlı alimlərin məhz dünya elminə inteqrasiya olması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycanda elmi tədqiqatlara cəlb olunması priotet istiqamətdir. Mövcud formatlar əsaslı şəkildə dəyişməlidir. Xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və ya tədqiqatçı kimi dəvət ediriksə, onun bizim prosedurlardan keçməsi,sadə dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir. Bizim üçün sual bundan ibarətdir ki, biz o alimləri burada görmək istəyirik, ya yox. İstəyiriksə bu prosedurlara mütləq qaydada baxmalıyıq. Niyyət olaraq ali təhsil müəssisələri ilə yaxından işləməyə çalışırıq. Bununla bağlı ilkin mərhələdə ali təhsil müəssisələrinə pilot qaydada maliyyə resursları ayırırıq. Məbləğlər böyük olmasa da, müşahidələrimiz onu göstərir ki, ali təhsil müəssisələri bir çox bürokratik səbəblərdən bu vəsaiti xərcləyə bilmir. Bizim ali təhsil sistemində olan yanaşmalarımız həddindən artıq köhnəlib. Burada çox ciddi bir iradəyə ehtiyac var. Bunlar maneədir. Düşünürəm ki, bu maneələr aradan qaldırılmalıdır",- nazir Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev elmi tədqiqatlarla bağlı dəyişiliklərə ehtiyac olduğunu dəfələrlə çıxışlarında diqqətə çatıdırıb.
Nazir vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biri alimlərə elmi adlarına görə yox, elmi fəaliyyətlərinə görə ödənişlər etməkdir.
Bundan əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də açıqlama yayaraq bildirib ki, cari il üzrə yüzə yaxın alimə elmi nəticələrinə görə ödənişlər edilib və bu cür maliyyəşmə prosesi növbəti mərəhələlərdə də davam edəcək.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !